Xəbərlər
“DEMOKRATİYA NAMİNƏ MUSİQİ” KAMPANİYASI CƏRÇİVƏSİNDƏ NOVBƏTİ DƏYİRMİ MASA KEÇİRİLDİ PDF faylını al Çap E-poçt

Bu gun (22 fevral) Reportyorların Azadlıq və Təhlukəsizlik İnstitutunun

(RATİ) mətbuat mərkəzində “Demokratiya naminə musiqi” kampaniyası tərəfindən novbəti dəyirmi masa kecirildi.

 

 

Tədbirdə зıxış edən Sulh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iqtidar mediasında  “Demokratiya naminə musiqi” kampaniyası ətrafında aparılan qarayaxma kampaniyası haqqında danışdı. L.Yunus hokuməti qarayaxma ilə məşğul olmaqdansa həbsdə olan 60 nəfərə yaxın siyasi məhbusu azad etməyə və əhalinin mulkiyyət huquqlarını təmin etməyə cağırdı. L.Yunus başladıqları kampaniya cərcivəsində “Eurovision-2012” musiqi yarışmasında iştirak edəcək xarici olkələrin mьğənnilərinə, huquq mudafiəcilərinə muraciət etdiklərini bildirdi. L.Yunusun sozlərinə gorə,  həmin muraciətdə onlardan  Azərbaycan prezidenti İlham Əliyevə siyasi məhbusların azad edilməsi və demokratiyanın inkişafı ucun zəruri addımların atılmağına dair məktubla muraciət etmələri xahiş olunur.

 

Jurnalist Şahvələd Cobanoğlu həbsdə olan siyasi dustaqlara fiziki və mənəvi təzyiqlərin olduğunu diqqətə catdırdı. O hesab etdi ki, vicdan məhbusu olan Elnur İsrafilov hakim yeni Azərbaycan Partiyası və prezident İlham Əliyevə xidmət edəcəyi ilə bağlı məktubu mənəvi, psixoloji təzyiq altında yazıb.

 

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə “Demokratiya naminə musiqi” kampaniyasını  dəstəklədiyini bildirərək bunu cəsarətli addım hesab etdi və o hokuməti kampaniya cərcivəsində edilən cağırışları icra etməyə cağırdı.

 

İnsan Huquqları Klubunun rəhbəri Rəsul Cəfərov isə hokumətin kampaniya cərcivəsində edilən təklifləri yerinə yetirməyə tələsmədiyi təqdirdə dunya, xususilə Avropa mediasında Azərbaycanla bağlı tənqidi məqalələrin daha da artacağını bildirdi.

 

RATİ sədri Emin Huseynov isə, “Demokratiya naminə musiqi” kampaniyasına başlayandan sonra Azərbaycanda soz və mətbuat azadlığı sahəsində ciddi geriləmələr muşahidə olunub. Onun sozlərinə gorə, bu dovr ərzində 1 jurnalist oldurulub, 4-u isə həbs edilib. “Rafiq Tağı olduruldu, islamazəri.com saytının baş redaktoru Ramin Bayramov əvvəl narkotik saxlama, sonra isə qanunsuz tapanca və patron saxlamaqla ittiham edilərək  həbs edilib, bizim kampaniyaya dəstək verən “Xural” qəzetinin bolgə muxbiri Aydın Caniyev xuliqanlıqda ittiham edilərək həbs edilib, bu qəzetin baş redaktoru Əvəz Zeynallı isə muəmmalı bir ittihamla həbs edilib, son olaraq İran televiziyasının muxbiri narkotik ittihamı ilə həbs edilib”, - deyə qeyd edən E. Huseynovun sozlərinə gorə, bu şəxslər azad edilməlidir və bu istiqamətdə Avropa Yayım Birliyi də oz tohfəsini verməlidir.

 

Daha sonra tədbirdə Seckilərin  Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin direktoru Anar Məmmədli, “Doktrina”  Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Məmmədov,  Neftcilərin Huquqlarının Mudafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, Demokratik Jurnalistika Məktəbinin rəhbəri Rovşən Hacıyev, Media Huquqları Mərkəzinin rəhbəri Mətanət Muslumqızı, İnsan Huquqları və Demokratik Təsisatlar İctimai Birliyinin sədri Elcin Abdullayev və digərləri зıxış edərək rəy və təkliflərini bildirdilər.

 
“Demokratiya Naminə Musiqi” Kampaniyasının Bəyanatı PDF faylını al Çap E-poçt

“Demokrtiya naminə musiqi” kampaniyasını həyata keçirən təşkilatlar Kampaniyaya və bu kampaniyada iştirak edən qeyri-hökumət təşkilatlarına qarşı başlayan təzyiqləri pisləyir və bunu QHT-lərin susdurulmasına cəhd kimi qiymətləndirir.

 

Belə ki, 2012-ci il yanvarın 24-dən başlayaraq Kampaniya və Kampaniyanı başlayan QHT-lər – Sülh və Demokratiya İnstitutu, Repotyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), Siyasi Azadlıqları Müdafiə Alyansı və İnsan Hüquqları Klubuna qarşı hakim partiyanın rəsmi nəşri olan “Yeni Azərbaycan” və parlamentin rəsmi nəşri olan “Azərbaycan” qəzetlərində qara PR xarakterli məqalələr dərc edilmiş[1], RATİ-yə Ədliyyə Nazirliyi tərəfindən əsassız xəbərdarlıq məktubu göndərilmişdir[2]. Eyni zamanda QHT təmsilçilərinə qarşı müəyyən təxribatların törədiləcəyi ilə bağlı məlumatlar daxil olmaqdadır.

 

Kampaniya bəyan edir ki, bu cür addımlar dözümsüzlüyün göstəricisidir və birləşmək azadlığına təminat verən həm yerli, həm də beynəlxalq sənədlərə ziddir. Biz bir daha bəyan edirik ki, Kampaniyanın əsas məqsədi “Avroviziya – 2012” mahnı yarışmasının səbəb olduğu beynəlxalq diqqətdən istifadə edərək Azərbaycanda insan hüquq və azadlıqları sahəsində mövcud olan problemlərin həllinə, konkret olaraq “vicdan məhbuslar”ının azadlığa buraxılmasına, jurnalist qətllərinin üstünün açılmasına və jurnalistlərə qarşı olan digər təzyiqlərə son qoyulmasına, eitrazlarını ifadə etmək istəyən şəxslərə bu imkanın yardılmasına yardım göstərməkdən ibarətdir.

 

Kampaniya bu istiqamətdə fəaliyyətini davam etdirəcək və Azərbaycan hakimiyyətindən təzyiqlərə son qoymağı tələb edir. Kampaniya beynəlxalq ictimaiyyəti məsələyə biganə qalmayaraq təzyiqlərin qarşısının alınması üçün birgə fəaliyyət göstərməyə çağırır.

 

 


[1] http://www.yeniazerbaycan.com/news/15152.html, http://www.yeniazerbaycan.com/news/15161.html, http://www.azerbaijan-news.az/index.php?mod=3&id=6488

[2] http://obyektiv.tv/index.php?option=com_jomtube&view=video&id=2869&Itemid=33&lang=az

 
Smear campaign via newspapers against Sing for Democracy PDF faylını al Çap E-poçt
There are no translations available.

EUROVISION 2012 – NEW TARGET OF NATIONAL TRAITORS

 

Some NGOs operating with the support of pro-Armenian foreign circles once again demonstrated their failure to digest the success of the Azerbaijani state and its people.

There is a certain number of persons in our country that is unhappy with the achievements of our state: they even hold a hostile position by trying to cast a shadow on this success, and mobilize all their forces to smear it. This group is uncomfortable with the economic development of our state, the fact that our state has become an important player on the world scene, and the fact that Azerbaijan has become a center of dialogue for the world’s tolerant and cultural civilizations …

Azerbaijan’s victory in the 2011 Eurovision song contest and organization of next year’s contest in Baku has made this traitorous portion of the population more active. Eurovision, which should make everyone happy, has for some reason became a target of people who don’t share national values and who have chosen blackmailing and slandering as their profession. Some made-up NGOs with no traces of national pride and who claim to be ‘an organization’, want to realize a new ‘project’. Of course, their identification makes it clear where and who this ‘activity’ comes from. However, it is also clear that these lies, slanders and smear campaign will result in fiasco as usual.

There is no word other than ‘valuelessness’ to describe the passionate implementation of this work in Azerbaijan by the slave-traitorous helpers of those pro-Armenian and anti-Azerbaijani circles…

The servants of anti-Azerbaijani circles or ‘symbols of valuelessness’…

It is not accidental that some people unhappy with Azerbaijan’s success and ready to smear this success are using Eurovision as a target this time. The ugly intentions on which the blackmail and slander campaign of the Alliance to Protect Political Freedoms, Institute for Peace and Democracy, Institute for Reporters’ Freedom and Safety, and Human Rights Club is based, is seen in the names of these organizations. These organizations always lead the ugly plans of several interested circles against Azerbaijan and serve as mercenaries. The architect controlling those who would do anything for money, who easily betray their country and state, and who have launched a black smear campaign in an exchange for foreign donations (donations granted for meeting unkown interests), is in the hands of those who give the money as well.

Azerbaijan’s opposition is in opposition to its people and the state.

The group of persons with no national feelings, who describe themselves as ‘guerillas of democracy’, have deteriorated to such an extent that their activities are fenced off in an arena of slander. This attempt by those who want to politicize a cultural event once again reveals that those who call themselves opposition are in opposition to their people and state. Hence, being in opposition to political authorities is something different. Being in opposition is not the same as tainting an achievement of the national culture with a political nature. This has a single name – weakness and treachery!

The fact that these political games have been trusted to NGOs with no national values or pride again indicates that these people have no values. These NGOs are nothing but the helpers of certain Western circles willing to pressure Azerbaijan at every chance. For instance, in order to damage the determined political course pursued by  the Azerbaijani state to liberate our national problem, Nagorno Karabakh, those NGOs demonstrate a ‘pro-Armenian’ position, thus revealing their intentions, personality and wishes…We would like to once again note that the people realize that those who call themselves opposition and these NGOs are working to betray the interests of the state. So a fly is nothing. [Yet it creates loathsomeness]

Published in the January 24th edition of Yeni Azərbaycan.

Original link: http://www.yeniazerbaycan.com/news/15152.html

Translation link: http://pressaz.com/?p=370

 

“MEDIA AND NATIONAL INTEREST”

(abridged)

State interest

 

After gaining independence, Azerbaijan followed the path of global development. The necessary steps were taken; reforms were implemented to create conditions for a free market economy. Most importantly, a new Constitution, the chief author of which was national leader Heydar Aliyev, was adopted in 1995. The freedoms of opinion, speech, and press, as well as freedom of information, are enshrined therein. The Azerbaijani ruling establishment pays special attention to press freedom, which is one of the fundamental principles of democracy. The 6 August 1998 decree of national leader Heydar Aliyev removed state censorship on the press; mass media was no longer under state control. Independent press has already been formed in Azerbaijan. The state does not interfere with the work of newspapers (it actually has no such mechanism); also, the State Fund to Support Mass Media works to strengthen the press in terms of financial capacity. It is extremely easy to open a newspaper and do journalistic work in Azerbaijan. Every person has the opportunity to freely use the internet to collect information from all over the world or to post his opinions and thoughts.

 

Desire stemming from necessity

 

The state also desires the protection of national interests in the press. This desire is not only natural, but necessary! Because it stems from reality and necessity. Also, these interests are more important, more global. Sometimes they can be related to state security and international image, as well as the protection of national-moral values. But in every sense, these interests serve the wellbeing of the residents of the country.

 

Every state has two simple conditions to survive. The first one is the comprehensive development of the state in all sectors, the second one is preserving the success and achievement of this development. State development is ensured by the country’s natural and human resources, as well as by people shaping the directions of these resources and their projects. And preserving the achievements depends on the effectiveness of the foreign and domestic policy.

 

The protection of national interests in the press has two aspects. One of these can be described as advocating. There is a subtle point here. Most of the newspapers operating in the country are independent. This also means that it is up to the newspapers to decide what and how to write. The main goal of the newspaper owner and the editor-in-chief is to sell the newspapers and publish a newspaper that makes more profit. It is natural that they first think about making a profit because they see it as their own business. As the Azerbaijani ruling establishment understands this subtlety, it has found an interesting and effective means of promoting issues of national interest in the mass media. On July 31, 2008, the president of Azerbaijan Mr Ilham Aliyev signed “Conception of State Support to Development of Mass Media in Azerbaijan”, which says: “The main goal of state support is develop the freedom of speech and press, support independence of mass media outlets, improve the mechanism of assistance for editorial offices, stimulate application of new Information-Communication Technologies in information technology, enhance cooperation between society and mass media outlets, create conditions for increasing journalistic proficiency and responsibility, strengthen their social security and effectively use the potential of mass media outlets to support the priorities of the state and society”.

 

The state’s view clearly encompasses the principles of cooperation. “The State Support to Mass Media in Azerbaijan is implemented based on the following principles:

-         lawfulness;

-         transparency;

-         cooperation;

-         mutual responsibility;

-         protection of mass media outlets, exclusion of any interference in their activity;

-         protection of the society from illegal information (i.e. information of which the dissemination is prohibited by law;

-         prevention of the monopolization of the mass media outlets;

-         preference for projects reflecting public interests

-         support for the development of regional mass media outlets.

 

National interest or inexperience?

 

The second way to protect national interests in the press is to prevent articles that are damaging to these interests. “Prevention” does not imply violence or pressures here. It implies the demonstration of a civil, patriotic position taking meaningful and elaborated steps. Unfortunately, it is not encouraging to see frequent articles in the press that do not coincide with the interests of the country. These facts prevail in politicized newspapers that claim to be independent, but are actually platforms for radical opposition parties!

 

There exists [in Azerbaijan] civil society, freedom of press, plurality of opinion, and a multi-party system. The opposition parties are freely publishing their newspapers, fighting for power, and running in elections with their own candidates. Unfortunately, sometimes national interests are forgotten in this fight. The opposition and pro-opposition newspapers and internet portals, which use only dark colors in their coverage of all the activities of the ruling authorities, easily sacrifice national interests. Reading these articles, it seems as if they were written by authors who have no relation to the Azerbaijani people, or who are journalists from a country that does not keep friendly relations with us. To note, these kind of articles are not written due to inexperience, but for private interest and profits.

 

Parties whose money comes from grants

 

It is possible to categorize the newspaper articles that conflict with state interest. Each of these topics is related to democracy development, global values – issues used as a means of pressure on our country by international organizations.

 

One of the important conditions of democracy is the holding of free, open and transparent elections. Within a short time period, the Azerbaijani ruling establishment did great work to improve the election process and adapt it to international standards, and made significant achievements. In fact, in a short period we did what it took Europe decades to achieve. However, double standards are applied in assessment of the election results. Once, the international organizations were promising that “We’ll settle Nagorno Karabakh once fair and objective elections are held in Azerbaijan”. Seemingly, they did not expect that we would improve election practices so quickly. That’s why they evade, and seek excuses. And these excuses are given voice by the politicized newspapers. With no false ballot paper, protocol or evidence of violation in hand, they speak about ‘election fraud’.

Another issue is ‘political prisoners’. Azerbaijan’s independent policy, use of rich natural resources for the welfare of the state and people are not favored by those who have their eyes on the country’s wealth. They want to see Azerbaijan as a dependent country. Under the mantle of democracy they want to influence and pressure the country. The ‘political prisoners’ issue is one of these attempts. Today, neither the Council of Europe, nor the OSCE or any other organization has been able to provide a definition of or criteria for the ‘political prisoners’ notion. It is absurd to say that political prisoners exist in Azerbaijan, when there is no definition of what a political prisoner is.  To recall, Azerbaijan long ago freed the persons who were in the CoE’s first list. However, because of our own enthusiasts, new ‘lists’ are being compiled, and the PACE appoints rapporteurs for our country on this issue. In our country, the news publishers, so-called human rights defenders, separate political figures whose money comes from ‘political prisoners’ issue make a lot of efforts.

 

No one in Azerbaijan is put into jail for [his/her] political beliefs or political activity! In no other country are those included in the ‘list’ compiled by ‘human rights defenders’ in Azerbaijan - for the sake of grant money - considered to be political prisoners, nor are they left unpunished!

 

Freedoms of press and speech are another requirement of democracy. The Azerbaijani ruling establishment has taken all steps to ensure it. National leader Heydar Aliyev removed state censorship on press; the Ministry of Press and Information was annulled and the press was taken out of state control; laws regulating this sphere and meeting international requirements were adopted. Not a single journalist has been jailed within past 7 years for professional work; the courts did not force the newspapers pay the fines that had been issued. But for some reason, some independent newspapers operating in Azerbaijan are insisting on ‘proving’ that freedom of press is being strangled in Azerbaijan. With no evidence or proof in hand, they want to attribute the murder of Elmar Huseynov to the ruling establishment. When the law-enforcement bodies invite such persons to provide evidence, they launch new campaigns claiming that they face pressures. The law is equal for everyone and those engaging in journalism are not exempted from responsibility when the commit a crime. This is what the rule of law requires! ‘Producing facts’ for the reports to be published by the international organizations that are hostile towards Azerbaijan is another issue!

 

Another crucial component of democracy is human rights defence. Do the leading countries that give us ‘lessons in democracy’ always hold such high levels of relations with journalists, free opinion and free thought?

 

During the US war in Iraq, a video scene that shocked the whole world went viral on the internet and television. A military helicopter was hunting a journalist who was doing his professional work. What happened next? Did the US newspaper launch a campaign to find and punish the criminal soldiers?  Or did they require the Supreme Commander-in-Chief - the head of state – to resign? None of these happened. What would have happened if an American journalist was killed in other country?

 

The French senate adopted a law stipulating punishment for denying the made-up Armenian genocide. But the French press is silent. This issue does not appear as a lead article in the newspapers, nor is the ruling establishment being blamed. There is an Azerbaijani journalist and a journalist’s family in France. They should either accept the made-up Armenian genocide or pay the 45,000 EUR fine. No doubt, they will do the same as they did when they were here. They will sacrifice Azerbaijan’s state interests. Otherwise how could they enjoy ‘French Democracy’? But neither American, nor French journalists oppose state interests. Even if they sacrifice democracy and professional standards, they do not oppose their authorities when it comes to national and state interests.

 

 

Another interesting point: several international organizations, who consider themselves to be international ‘guards of democracy’ – Freedom House, Human Rights Watch and Reporters Without Borders unveiled their reports on conclusions of 2011. Though I didn’t read the reports I know that Azerbaijan was described in dark colors. The ‘guards of democracy’ do not campaign against or condemn the initiator of the law on the made-up Armenian genocide, Nicholas Sarkozy, for this shame that occurred in France. Another interesting point: Human Rights Watch stated that the information for the ‘facts’ in its last report was provided by the Institute for Reporters’ Freedom and Safety. If we believe the information of this Institute, the nationality and citizenship of which is not known, you gain the impression that journalists cannot go out in Azerbaijan, that they will be kidnapped! See how the motherland is smeared for the sake of grant money! Now, how to believe in the objectivity, fairness and impartiality of such organizations!

 

 
Eurovision siyaseti PDF faylını al Çap E-poçt

“Avroviziya 2011” mahnı müsabiqəsinin finalını  Gəncədəki təcridxanada, 32 saylı kamerada  dinlədim. Hər zaman Azərbaycanın beynəlxalq uğurlarla tanınmasına sevinmiş, elm olimpiadaları və gənclər tədbirləri ilə az da olsa bu uğurlara töhvə vermiş şəxs kimi qələbəmizə çox sevindim.

 

Ümumiyyətlə, bu müsabiqə ilə bağlı bir çox şəxsə simpatiyam olub, bəziləri hakim partiyaya keçsə də, bu münasibətim dəyişməyib. Mən də Bakıda bu il keçiriləcək “Avroviziya” müsabiqəsinə müsbət ovqatla hazırlaşacağımı düşünürdüm. Amma deyəsən, əksini etməli olacam.

 

Doğrudur, hakimiyyətin qəzetləri müsabiqənin siyasiləşdirilməsini, müsabiqəyə görə beynəlxalq KİV-in diqqətini digər hüquq pozuntularına yönəltməyi mənəviyyatsızlıq sayır. “Avroviziya”nın verdiyi imkanlardan təbliğ üçün maksimum yararlanmağa çalışan siyasətçilər onun gətirdiyi məsuliyyətlərdən yayınmağa çalışırlar. Belə olduğu halda bu ittiham müəyyən suallar doğurur.

 

Mahnı müsabiqələrini siyasiləşdirmək mənəviyyatsızlıqdırsa, on illərlə məhkəmələri siyasiləşdirmək nədir bəs?

 

Haqqı tapdalanan, haqqını hüquqi yollarla bərpa etməyə imkan verilmədiyini görüb alternativ yollara əl atmağa məcburdursa və bu, qəbahətdirsə, insanların haqlarını tapdalamaq nədir bəs?

 

Korrupsiyadan danışmaq ölkəmizin imicinə zərbə vurursa, korrupsiyanı yaratmaq və ondan bəhrələnmək, Azərbaycanın adını bütün beynəlxalq hesabatlarda sona salmaq nədir bəs?

 

Parkların təmiri, yeni süni adaların salınması barədə təriflər eşitmək xoşdursa, evlərindən çıxarılanların fəryadını duymamaq nədir bəs?

 

Görəsən, “Avroviziya”nın siyasiləşdirilməsinə etiraz edən hakimiyyət gənclərin siyasi mesajlarını vətəndaşlarımıza, dünyaya incəsənət yolu ilə çatdırmasına da etiraz etməyəcək ki?

 
SABAIL COURT MADE A DECISION ON THE WITHDRAWAL OF THE MILITARY FROM HIS APARTMENT PDF faylını al Çap E-poçt
There are no translations available.

On January 30, 2012 Sabail district court held the final meeting under the chairmanship of judge Elnur Hasanov against respondent citizen of Military Naval Forces Emil Azizov with the demand of “removing respondents from administrative building of the military unit”. We have to mention that by claiming from respondent representative, they demanded to provide the respondent with apartment in new military town, to pay them compensation relevant with market prices and payment of rental fee of the apartment by the Ministry of Defense until the respondent will be provided with apartment. At the same time the Court offered the parties to conclude an agreement, the parties were given 3 days for that reason. But respondent E. Azizov refused to conclude an agreement. The court declared its final decision on January 30, 2012. According to the decision, the claim of plaintiff has been fully, but E. Azizov’s claim has been partially provided. The Court made a resolution to remove respondent from the apartment, to provide plaintiff with apartment in new constructed military town, to pay compensation of 10 thousand manat and payment of rental fee of the apartment to the respondent until he will be provided with an apartment. E. Azizov intends to appeal this decision.


The claim of removing citizen of Military Naval Forces from his apartment is that his apartment in A. Guliyev 4A address is in the territory of newly constructed highway near Flag Square. Although 65 million manat was allocated just only in 2011 for construction of highway combining Azneft square with “Crystal Hall” where Eurovision song contest will be held, but Azeryolservis JSC did not pay any compensation to 27 military families living in A. Guliyev 4A Street. MNF leadership could move 25 military families out of their houses instead of 10 thousand manat. The rest 2 militaries did not agree with that.


Public Association for Assistance to Free Economy defends the rights of militaries.

 
"Günahsız məhbusların ölkəsində necə mahnı oxumaq olar…" PDF faylını al Çap E-poçt

Almaniya ombudsmanı Markus Leninq: "Bir neçə kilometr aralıda insanların səbəbsiz yerə həbsxanada saxlandığı bir ölkədə necə mahnı oxumaq olar?"


Almaniyanın "Wolfsburger Allgemeine" qəzeti "Avroviziya" müsabiqəsinin Azərbaycanda keçirilməsinin yanlış olduğunu yazıb. "Bakı 2012: Pop və təbliğat arasında" başlıqlı və «Mahnı müsabiqəsi ərəfəsində Azərbaycanla bağlı insan haqları və mətbuat azadlığı ilə bağlı debatlar başlayıb» yarımbaşlıqlı məqalədə Bundestaqın eksperti Bakının bu müsabiqə üçün yanlış yer olduğunu bildirilib. Məqalənin bir hissəsini nəzərinizə çatdırırıq.

"Bu, hoqqabazlıq nömrəsi olacaq: "Avroviziya" müsabiqəsi ölkənin avtoritar hakimiyətinə arzuolunan imici qazandıra biləcəkmi? Ya da heç olmasa, ölkəni Qərbin siyasi standartlarına azacıq da olsa, yaxınlaşdırmaq mümkün olacaqmı? Hazırda dünyanın kütləvi informasiya vasitələrinin projektorları dünya xəritəsinin ortasından solda fırlanır və hələ də axtarırlar. Almaniya Mətbuat Agentliyi yazır: "Təxminən 9 milyon azərbaycanlı əhali əsasən kənd səmimiyyətini qoruyub saxlayıb. Zəngin ət xörəklərini sevənlər və spirtli içkilərin həvəskarları istənilən vaxt bu ölkəyə səfər edə bilərlər"…

Məsələ burasındadır ki, "Avroviziya" özünü siaysətdən uzaq göstərməyə çalışır. Amma bu dəfə bu variant keçməyəcək. Azərbaycanın klan hakimiyyəti insan haqlarını pozmaqda ittiham olunur. Hökumət medianı nəzarət altında saxlayır, müxalif mətbuat təzyiqlərə məruz qalır. Yalnız az sayda bloqqer və jurnalistlər rejimə qarşı çıxmağa cəsarət edir. Ölkədə «qorxu mühiti» hökmranlıq edir. Sərhədsiz Reportyorlar Təşkilatının siyahısında mətbuat azadlığı göstəricisinə görə Azərbaycan 152-ci yerdə Anqola, Kamboca, İraq və Əfqanıstanla yanaşı dayanıb. Həmçinin 2011-ci ildə polis qüvvələri rejimə qarşı nümayiş keçirmək istəyənlərə qarşı zorakılıq tətbiq edib.

"Mahnı müsabiqəsinə ev sahibliyi edəcək ölkə bütün tənqidi səsləri susdurmağa çalışır",- deyə Beynəlxalq Amnistiya Təşkilatının nümayəndəsi Tim Şröder bildirib. Yaşıllar Partiyasının Bundestaqda insan haqları üzrə eksperti Folker Bek Azərbaycanda diktaturanın mövcudluğundan danışıb: "Azərbaycanda müxalif və tənqidçi jurnalistləri amansızlıqla təqib edən diktatura mövcuddur. Bakı belə bir müsabiqənin keçirilməsi üçün yanlış yerdir".

Mahnı müsabiqəsinin həvəskarları arasında da mübahisələr davam edir. "Avroviziya" Mahnı Müsabiqəsinin azarkeşlərindən ibarət klubun pezidenti Klaus Vorina deyir ki, çoxları belə bir ölkəyə getmək istəmirlər. Almaniya hökumətinin insan haqları üzrə müvəkkili (Ombudsman) Markus Leninq isə bildirib: "Mən təsəvvür edə bilmirəm ki, bir neçə kilometr aralıda günahsız insanların həbsxanada saxlandığı bir ölkədə necə mahnı oxumaq olar? Azərbaycan təkcə müasir qaydada hərəkət etməyi deyil, müasir şəkildə özünü ələ almağı da bacarmalıdır".

"Homoseksualizmə 2000-ci ildən bu yana rəsmən icazə verilsə də, bu hala qarşı dözümlülük yoxdur. Polis homoseksualları tutu r və onlardan pul alıb buraxır",- bu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi xəbərdarlığıdır.

Müsabiqənin 43 üzvündən heç biri boykot etməyi düşünmür. Bəlkə Səhnədə etiraz aksiyası keçirəcəklər.

"Məsələ onda deyil ki, iki həftə ərzində Azərbaycanda nələr baş verəcək. Məsələ ondadır ki, bundan sonra orada nələr baş verəcək",- deyə Klaus Vorina bildirib.

Hökumət isə müsabiqəyə hazırlıqlara start verib. Heyvanların hüquqlarının müdafiəçiləri hökuməti sahibsiz itləri güllələyib öldürməkdə ittiham edirlər.

 

"Bizim yol" qəzeti

 

http://www.bizimyol.info/new/G%C3%9CND%C6%8FM/90548-_G%C3%BCnahs%C4%B1z_m%C9%99hbuslar%C4%B1n_%C3%B6lk%C9%99sind%C9%99_nec%C9%99_mahn%C4%B1_oxumaq_olar%E2%80%A6_#fragment-3

 
Avroviziya BBC-yə xəbərdarlıq ediləcəyini inkar edir PDF faylını al Çap E-poçt

Avroviziya təşkilatçıları BBC-ni mahnı müsabiqəsi əleyhinə qarayaxma kampaniyasında suçlayan məktubun göndərildiyi barədə xəbərləri qətiyyətlə təkzib ediblər.

 

“Biz BBC-yə bu cür məktubun yazıldığını inkar edirik”, - deyib BBC Azərbaycancaya Avropa Yayım Birliyinin nümayəndəsi.

Anonim qalmaq istəyən rəsmi BBC-yə məktubun müzakirə olunmadığını bildirib.

Azərbaycandakı dövlət mediası Avropa Yayım Birliyində “Azərbaycan hökuməti və Avroviziya mahnı müsabiqəsi” əleyhinə BBC- nin “geniş kampaniya”sı ilə bağlı narahatlığın mövcud olduğunu xəbər verib.

Burada xüsusən mahnı müsabiqəsinin inşaat olunduğu Bakı mərkəzindəki binanın uçurulması planı barədə internet məqaləsinə istinad edilir.

Dövlət Bayrağı Meydanı yaxınlığındakı evin sakinləri onların əmlakına təklif olunan kompensasiyanın bazar dəyərindən xeyli aşağı olduğu üçün özlərini “Avroviziya qurbanları” adlandırıblar.

BBC internet səhifəsindəki məqaləyə istinad edən dövlət təmayüllü vebsayt BBC-ni Azərbaycana qarşı “qara PR-da ittiham edib”.

Evlərin uçurulması və Avroviziya

Avropa Yayım Birliyinin nümayəndəsi insan haqlarının pozulması iddiaları üzündən Avroviziya brendinə xələl gələ biləcəyindən narahatlıq keçirmədiyini deyib.

“Azərbaycan hakimiyyətinə sorğumuza cavabda müsabiqənin keçəcək Büllur Zalının (Crystal Hall) indiyədək boş sahədə tikiləcəyi bildirilib ”

Rəsminin sözlərinə görə yaşayış binasının uçurulma planının əsas səbəbi göründüyü kimi, Büllur Zalının inşası deyil .

“Hakimiyyət binanın şəhər infrastrukturunun yenidən qurulması və inkişafı üzrə geniş plan çərçivəsində uçurulacağını bildirib”.

O deyib ki, Avropa Yayım Birliyi mahnı müsabiqəsi üçün yeni məkanın tikilməsini xahiş edib.

Rəsmi Avroviziyanı qəbul edən ölkənin diqqət mərkəzinə keçdiyini və müəyyən problemlərlə bağlı qeyri-dövlət təşkilatları habelə kampaniya qruplarının tənqidinin fəallaşdığını bildirib.

Avroviziya mahnı müsabiqəsi bu mənada problemi qabardaraq onun çözümü üçün təzyiqin artmasına xidmət etdiyinə görə faydalıdır, deyib Avropa nümayəndəsi.

Onun sözlərinə görə Avropa Yayım Birliyi siyasətə müdaxilə etmək istəmədiyi məqsədilə şərh verməkdən çəkinir.

“Biz Azərbaycan hökumətinin işinə müdaxilə etsək Avroviziya müsabiqəsi əyləncə kimi yoxa çıxaraq başqa şeyə çevrilə bilər və buda brendimizə ciddi xələl gətirə bilər”

 

BBC-Azərbaycan Xidməti

 
Azərbaycan hakimiyyəti Avroviziya vasitəsilə imicini yaxşılaşdırmağa çalışır PDF faylını al Çap E-poçt

Lobbiçilik: diktatorun arzusu

Azərbaycandakı avtoritar rejim bu il keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə qədər öz imicini yaxşılaşdırmaq arzusundadır. Alman siyasətçiləri isə bu işdə ona köməklik etməlidirlər.

Almaniya prezidentinin həyat yoldaşının avtoritar Qafqaz rejiminin tədbirində nə işi ola bilər? Bettina Vulf sərgini bir-bir gəzir, giriş sözü deyir. Tədbirdən çəkilən şəkillərdə onun Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva ilə bir yerdə gülümsədiyini görmək olar.

Əliyeva bu payızda Azərbaycan Respublikasının müstəqilliyinin 20 illik yubileyi münasibətilə Berlindəki Alman Tarix muzeyinə dəvət olunmuşdu. Azərbaycan insan hüquqları ilə bağlı götürdüyü öhdəliklərə əməl etməyən ölkələrdəndir. “Mən həmin tədbirə getməzdim” - deyə Almaniya hökumətinin insan hüquqları üzrə müvəkkili Markus Löninq deyir.
Almaniya Prezident İdarəsindən isə bildirirlər ki, tədbir mədəni xarakterli olub, buna görə də xanım Vulf ora getməyə razılıq verib. Doğrudan da tədbir xalçalar sərgisi olub. Ancaq məsələ xalçalarda deyildi axı. Bakıdakı rejim Qərbdə öz imicini yaxşılaşdırmaq istəyir. Bunun üçün də çoxlu pullar yatırır.

Öz imicini yaxşılaşdırmağa Bakının həqiqətən də ehtiyacı var. “Amnesty İnternational” ölkədə daim tənqidi fikrin boğulduğu barədə xəbərdarlıq edir. “Sərhədsiz Reportyorlar” təşkilatının mətbuat azadlığı üzrə siyahısında Azərbaycan 178 ölkə içərisində 152-ci yeri tutur. Almaniya Xarici İşlər Nazirliyinin daxili istifadə üçün nəzərdə tutulmuş məlumatında Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin problemli olduğu vurğulanır.

“İmic düzəltmə” kampaniyası Almaniyadakı və digər Avropa ölkələrindəki “piar” peşəkarları ilə birgə aparılır. Bakıdakı hakimiyyət, eləcə də nüfuzlu oliqarxlar bu işdə maliyyəçi xidmətlərini əsirgəmirlər. Azərbaycandakı rejimin taktikası pula və alman siyasətçilərinin anlayışsız davranışına söykənir. “Azərbaycanın Almaniyada belə fəaliyyətləri artıq ədəbsizliyin lap son həddindədir” - Almaniya Azad Demokratik Partiyasının deputatı Marina Şuster belə deyir. Onun fikrincə, “Bu cür lobbiçilik işinə yol verilə bilməz”.

Hans Erix Bilges öz bürosunda oturub, ayağını ayağının üstünə aşırıb və qalstukunu bir azca boşaldıb. Bilges yaxşı baba kimi mehriban və xoşagəlməz adam kimi sərt ola bilər. Mehriban o zaman olur ki, prezident İlham Əliyev haqqında danışır. Onun tənqidçilərindən söhbət düşəndə isə çox kəskin və amansız olur.

Bilges Azərbaycanın Almaniyada reklam edilməsi işində rol oynayan əsas fiqurlardan biridir. O əvvəllər “Bild” qəzeti redaksiyasının üzvü idi. İndi “Consultum Communications” agentliyinə rəhbərlik edir. Bilges indiyə kimi mətbuat azadlığı üzrə Bakını arxada qoyan Belarus və Qazaxıstana da məsləhət yardımı göstərib. Dediyinə görə, onun işi Azərbaycanın Qərbə doğru transformasiya prosesinə kömək etməkdən ibarətdir. Buna məsələn, Berlində keçirilən tədbirlər kimi işlər daxildir ki, onun da köməyi sadəcə prosedura, belə demək olarsa, işin necə aparılmasını təmin etməkdən ibarətdir.

Əslində isə onun işi bundan da artıqdır. Berlindəki qala tədbirdə keçmiş xarici işlər naziri Hans Ditrix Genşer, keçmiş iqtisadiyyat naziri Mixael Qlos da iştirak etmişdilər ki, bu da belə tədbirlər üçün heç də gündəlik rastlanacaq hal deyil. Ancaq məsələnin gizlin tərəflərini öyrəndikcə bunun nədən belə olduğu aydınlaşır.
Genşer “Consultum Communications”ın Məsləhətçilər Şurasında fəxri sədrdir, Qlos isə həmin şuranın üzvü. Bilges də məhz müştərilərinin təşkil etdiyi tədbirlərə gələ biləcək belə siyasətçilərlə əməkdaşlıq edir. Əlbəttə, burada qanunsuz heç nə yoxdur, ancaq yenə də xoşagəlməz təsir bağışlayır. Niyə bu qədər məşhur siyasətçilər elə də ciddi ehtiyac olmadan avtoritar rejimin nüfuzunun artmasına bu qədər yardım göstərsinlər?

Bilgesin fəaliyyəti Azərbaycanın lobbiçilik işinin yalnız bir hissəsini təşkil edir. Ölkə həmçinin, “Yaşıllar” partiyasının deputatı Viola fon Kramon-Taubadelin sözləri ilə desək, Bakıdakı psevdo-elmi konfranslara da dəvətlər paylayır. Kramon bir dəfə belə tədbirlərdə olub, indi isə rejimi tənqid edən bir kəs kimi belə dəvətlər almır.

Qlos, Xristian Demokratlar Partiyasının deputatı Karl Qeorq Velman və Linke fraksiyasının üzvü Stefan Libix isə sentyabrda Bakıya müstəqillik günü bayramına getmişdilər. Belə dəvətlərə biznes klas uçuşlar, bahalı otellərdə qalma, bahalı şam yeməkləri və prezident İlham Əliyevin nitqini dinləmək daxildir. Libix və Qlos özləri etiraf etdilər ki, bu səyahətin pulunu Azərbaycan tərəfi verib.

“Wikileaks”in açıqladığı Bakıdakı ABŞ səfirliyinə aid məxfi sənədlərdə Əliyev rejiminin mafioz tendensiyalarından söhbət açılır. Tarixçi Simon Sebag Montefior yazır: “Əliyev artıq hər bir diktatorun arzusu olacaq məqsədə çatıb - uğurlu bir sülalə hakimiyyəti qurub. Adamın gərək incə heysiyyatı olsun ki, bu şəxsin adamları vasitəsilə səyahətlərin və bahalı otellərin haqqının ödənilməsinə yox desin”.

Avropa Şurasının Parlament Asambleyasında da Azərbaycan özünə dostlar tapa bilib. Belələrinə məsələn, keçmiş Xristian Demokratlar Partiyasından olan deputat Eduard Lintneri aid etmək olar. Lintner 2002-ci ildən 2005-ci ilə kimi Avropa Şurası Parlament Assambleyasının hüquq komitəsinin və oradakı monitorinq komissiyasının sədri olub. O vaxtlar o, həm də Azərbaycandakı insan hüquqları vəziyyəti ilə bağlı hesabatlara da cavabdeh idi.

Bakı əlbəttə Lintnerin öz işini yerinə yetirməsindən xeyli razı qalmışdı. Heç mandatı bitməmiş o yeni vəzifəyə “Alman-Azərbaycan əlaqələrinin inkişafı cəmiyyətinin” icraçı direktoru vəzifəsinə keçirildi. Bunun arxasında Azərbaycanın maliyyələşdirdiyi lobbi qrupunun dayandığı şübhəsizdir. İnsan hüquqları vəzifəsindən lobbiçi xidmətinə keçidini Lintner belə izah edir ki, Avropa Şurasında Azərbaycandakı insan hüquqları pozuntularını sərt mühakimə edən qrup var idi. O, özü isə Azərbaycana daha çox yardım etmək istəyirmiş. Görünür, belə xidmət əvəzsiz qalmayıb.

Amma heç də hamını bu cür tez təsir altına düşənlər sırasına aid etmək olmaz. Almaniya Sosial Demokratlar Partiyasından olan deputat Kristof Ştrasser Avropa Şurası üçün Azərbaycandakı siyasi məhbusların durumu haqqında hesabat hazırlayacaqdı. Azərbaycan rejimi aylarla ona viza verilməsindən imtina etmişdi. Bunun üçün də noyabrın əvvəlində Bundestaqın insan haqları komitəsi Azərbaycan hakimiyyətindən Ştrasserə həbsxanalara baş çəkmək üçün icazə verilməsini tələb etmək qərarına gəlmişdi. Maraqlısı odur ki, həmin qərar layihəsi hələ heç qəbul olunmamış Azərbaycan səfirliyinə çatmışdı. Parlamentdən kimsə bu sənədi gizlincə Azərbaycan səfirliyinə ötürmüşdü - çox güman ki, ya pul, ya da bu ölkəyə xüsusi sevgisi müqabilində. Bundan sonra belə bir qərarın qəbul edilməsinə mane olmaq üçün Azərbaycanın Berlindəki səfiri tez bütün fraksiya rəhbərlərinə məktubla müraciət etmiş, lakin bu da kömək etməmişdi. Bilges isə məktubun tərtibatına yardım göstərmişdi.

Bilges belə qərarın qəbul edilməsinə hiddətlənir, amma özünü ruhdan da salmır. İndi onun stolunun üstündə parlamentdə “Yaşıllar” fraksiyasının rəhbəri Yürgen Trittinin Azərbaycan səfirinə ünvanladığı cavab məktubu durur. “Trittin indi cavabını alacaq” – deyir Bilges.
Bəli, belədir, avtoritar bir dövlətin imicini düzəltmək istəyən biri kobudluq etməyi də özünə rəva görə bilər…

 

"Azadlıq" qəzeti, 05 yanvar 2012-ci il

 
"Demokratiya üçün musiqi" kampaniyasının veb-səhifəsi təqdim edildi PDF faylını al Çap E-poçt

Dekabrın 23-də “Eurovision 2012: Demokratiya üçün musiqi” kampaniyası çərçivəsində www.singfordemocracy.org saytının təqdimatı keçirilib.

Saytda Azərbaycanda insan haqlarının durumu ilə bağlı videolar, fotolar, xəbərlər yerləşdirilib, deyə İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov bildirib. Onun sözlərinə görə, gələn ilin yanvar-fevral aylarında kampaniyanın fəal iştirakçıları Avropa Yayım Birliyinin nümayəndələri ilə görüş keçirəcəklər.

Kampaniyanın təşkilatçısı və fəal iştirakçısı olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Azərbaycanda əmlak hüquqlarının pozulması ilə bağlı Almaniya XİN-lə yazışmalarından danışıb. O, “Eurovision 2012” müsabiqəsi üçün konsert zalı tikən alman şirkətinə məktub göndərib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov prezident İlham Əliyevə siyasi məhbusları azad etmək çağırışı ilə məktub göndərməyi təklif edib. Onun sözlərinə görə, kampaniya çərçivəsində ölkədə insan hüquqlarının vəziyyəti haqqında ingilis dilində qırx dəqiqəlik film hazırlanıb.

Kampaniyanın digər iştirakçısı, Siyasi Azadlıqları Müdafiə Alyansının rəhbəri Anar Məmmədli qeyd edib ki, ölkədə insan hüquqları sahəsində vəziyyət xeyli pisləşib. Qarşıda duran 5 ay ərzində kütləvi müzakirələr keçiriləcək. Kampaniyanın hər bir konkret istiqaməti üzrə məsul şəxs təyin olunacaq. Məmmədli kampaniya çərçivəsində etiraz aksiyası keçirilməsi zərurətini qeyd edib.

Bu ilin yayında başlamış kampaniyanın təşəbbüskarları Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu, Siyasi Azadlıqları Müdafiə Alyansıdır. Sonradan “Nida” vətəndaş hərəkatı, “Azad gənclik” təşkilatı, Demokratik Jurnalistika Məktəbi də onlara qoşulub.

Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycanda insan hüquqlarının pozulması faktlarına çəkməkdir.

Ardını oxu...
 
ELAN PDF faylını al Çap E-poçt

23 dekabr saat 14.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Avroviziya-2012: Demokratiya üçün musiqi” kampaniyası çərçivəsində növbəti dəyirmi masa keçiriləcək. Dəyirmi masada yaradılmış yeni saytın təqdimatı keçiriləcək, kampaniya iştirakçılarının insan hüquqlarının vəziyyəti ilə bağlı mövqeyi açıqlanacaq.

 

Jurnalistlər, hüquq müdafiə təşkilatları, ekspertlər, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.

 
<< Başlamaq < Əvvəlki 1 2 Növbəti > Axırıncı >>

Səhifə 1 > 2-dəan