Demokratiya, Media və Mədəni Mübadilə İnstitutu PDF faylını al Çap E-poçt

Demokratiya, Media və Mədəni Mübadilə  İnstitutu /  DMMMİ (www.idem-institute.org) siyasət və araşdırma ilə məşğul olan müstəqil qeyri-hökumət təşkilatıdır. Bu təşkilat 2008-ci ilin iyun ayında müxtəlif ölkələrdən olan bir qrup analitik və praktikantlar tərəfindən yaradılmışdır və Almaniyanın Düsseldorf şəhərində yerləşir.

Təşkilat medianın inkişafı və beynəlxalq inkişaf sahəsində araşdırma ilə bağlı məsələlərə yeni həll  yolları və daxili intizamla bağlı suallara cavab tapmaq məqsədilə yaradılmışdır. DMMMİ mediada insan hüquqları ilə bağlı məsələlərin işıqlandırılması, səciyyəvi informasiyanın yayılması və müvafiq qanuna və qaydalara proaktiv yanaşmanı təbliğ etməklə redaktorların müstəqilliyi prinsipinə və ifadə azadlığını müdafiə edir. Medianın qanuni, təhlükəsizlik və siyasi mühiti və beynəlxalq və praktiki  orientasiya  İnstitutun əsas fəaliyyət sahəsinə daxildir.

DMMMİ demokratikləşmə prosesində medianin rolu və Avropada və digər ölkələrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində layihələr həyata keçirir və dəstəkləyir. Təşkilatın təcrübəli və çoxistiqamətli işlər görən komandası təşkilatla bağlı müvafiq strateji analizlərin və təşkilati işlərin praktiki həlli yollarını  tapmaqda mühüm rol oynayır.

DMMMİ  üzvləri başlıca beynəlxalq əməkdaşlıqlıqların yaradılmasında, media monitorinqi missiyalarında və Avropa Birliyi tərəfindən təşkil edilən  praktiki təlim kurslarında iştirak etmişdir. (14 ölkədə).  DMMMİ media və medianın inkişafı barədə müxtəlif mövzularda məlumatlar dərc etmişdir: bax Friederike v. Franque   The Other Frontier: Media Assistance by International Organizations. In: Alec Charles (Hg.), Media in the Enlarged Europe. Politics, Policy and Industry. Bristol 2009, Intellect

DMMMİ  beynəlxalq medianın inkişafı assosiasiyası- Bonn Network-ün üzvüdür.

Bizim ən axırıncı layihəmiz Tirana və Elbasanda YouRadio (www.yradio.org) radostansiyasının yaradılmasıdır.

Əlaqə vasitəsi:

Tel.: +49 211 15 24 39

Email: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.