DEMOKRATİYA ÜÇÜN MUSİQİ AVROVİZİYA 2012 MAHNI MÜSABİQƏSİ İLƏ BAĞLI KEÇİRİLƏN KAMPANİYA PDF faylını al Çap E-poçt

Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiə təşkilatları May ayının 22-də Azərbaycanda həyata keçiriləcək Avroviziya-2012 Mahnı Yarışması ərəfəsində  10 aylıq ictimai müdafiə kampaniyasına başlayıblar. Bu kampaniyaya təkcə Azərbaycan yox, həm də Avropa Şurasının digər üzv dövlətləri də qatılacaq.

 

İnsan Hüquqlarınnı müdafiəsi ilə məşğul olan yerli  və beynəlxalq QHT-lər bu kampaniyaya qoşulmağa dəvət olunurlar.

 

Kampaniya haqqında məlumat

Avroviziya -2011 (14 May, 2011-ci il)  Mahnı Müsabiqəsində qalib gələn Azərbaycan 2012-ci ildə keçiriləcək növbəti Mahnı Yarışmasına ev sahibliyi edəcək. Bu beynəlxalq tədbir Azərbaycanın insan hüquqları və Avropaya  inteqrasiya ilə bağlı  üzləşdiyi problemlərlə əlaqədar məlumatlandırma aparmaq üçün dəyərli bir platformadır və  həmin məsəslərin həlli üçün yeni imkanlar təklif edir. Mahnı yarışması olması ilə yanaşı, bu qələbə həm də Azərbaycan cəmiyyəti üçün ictimai və siyasi əhəmiyyətə malikdir.Azərbaycan təkcə  fiziki olaraq ev sahibliyi etmir , həm də demokratik dəyərlərə hörmətlə yanaşan Avropa ailəsinin həqiqi üzvü kimi özünü təqdim edəcək.

 

“Demokratiya üçün musiqi” layihəsini həyata keçirən İnsan Hüquqları Klubunun (partnyor təşkilatlarla birgə) məqsədi “Avroviziya - 2012” mahnı müsabiqəsini Azərbaycanda insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsini təbliğ edən platforma kimi istifadə etmək, demokratik islahatların həyata keçirilməsinə çağırışlar etməkdir.

 

Bu kampaniyanın keçirilməsi niyə vacibdir?

Azərbaycanın Avropa Şurasının üzvü olmasına baxmayaraq,  ötən 10 il ərzində Avropaya inteqrasiya etmək üçün vacib olan ictimai-siyasi islahatlar keçirilməmiş,  insan hüquqları və demokratik dəyərlərə hörmətlə yanaşılması üçün heç bir iş görülməmişdir   Azərbaycan ATƏT və Avropa Şurasının üzvü olmasına baxmayaraq, son zamanlar keçirilən bütün seçkilərdə qanun  pozuntuları baş vermişdir. Jurnalistlər, siyasi partiyalar və vətəndaş cəmiyyəti fəalları müstəqil şəkildə fəaliyyət göstərmərməsinin qarşısı alınır.  Ifadə azadlığı, sərbəst toplaşma və birləşmə azadlıqları və mülkiyyət hüquqları təhlükə altındadır. Siyasi məhbusların olması,  sərbəst toplaşma azadlıqlarından istifadə edən insanların müxtəlif saxta ittihamlarla həbs edilməsi faktı, və ifadə azadlığı və siyasi plüralzimə qoyulan məhdudiyyətlər Azərbaycanın Avropa ictimaiyyətində yeri barədə şübhə yaradır.

 

Məqsəd:

Bu kampaniyanın başlıca məqsədi president və Azərbaycan parlamenti də daxil olmaqla   siyasi dövlət orqnlarını Azərbaycanda siyasi-iqtisadi azadlıqları təmin edilməsi  və siyasi təqibləri aradan qaldırmaq  üçün səylərin etməsinə çağırmaqdır.

Kampaniyanın vəzifələri aşağıdakılardır:

-  Avroviziya Mahnı Yarışmasından və onun gətirəcəyi beynəlxalq diqqətdən demokratik islahatların keçirilməsinə çağırışlar edən platorma kimi istifadə etmək;

- Azərbaycanda insan hüquqlarının vəziyyəti və demokratik islahatların keçirilməsinə ehtiyacın olması barədə yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq;

 

Kampaniyanın toxunduğu sahələr:

 

1. Siyasi məhbuslar: yerli və beynəlxalq insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus adlandırılan çəxslər (məs, gənc fəal Bəxtiyar Hacıyev, 2 aprel 2011-ci il etiraz aksiyasında iştiraka görə həbs edilən şəxslər), eləcə də ədalətli məhkəmə hüququ pozulan şəxslər ya həbsdən azad edilməli, ya da müvafiq məhkəmə qərarlarına yenidən baxılmalıdır.


2. Yayım şəfaflığı: Öz statusunun əksinə olaraq Avropa Yayım Birliyinin Üzvü və Avroviziya 2012 Mahnı Yarışmasını təşkil edəcək Azərbaycan İctimai Televiziyası siyasi pluralizmin inkişafı  üçün əlverişli  şərait yaratmaqda acizdir. Kanal yerli xəbərləri olduğu kimi tam əks etdirmir. eləcə də hökumətin fəaliyyəti barədə obyektiv məlumatlar yayımlamır. Siyasi ayrı-seçkiliyə son qoyulmalıdır; alternative fikirlərə sahib olan siyasi partiyalar və vətəndaş cəmiyyəti assosiasiyalarına efir vaxtı verilməli, və İctimai Televiziyanın fəaliyyəti yaxşılaşdırılmalıdır.

 

3. Media və siyasi azadlıqlar : Azərbaycanda siyasi fəaliyyət üçün əsas olan ifadə azadlığı, birləşmə və dinc toplaşma azadlıqlarına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.  Bu hüquqlardan istifadə edən insanların təqibinə və həbsinə son qoyulmalıdır.

 

4. Mülkiyyət hüquqları : İnsan hüquqları təşkilatlarının apardığı araşdırmalara görə , 2009-2010-cu illər ərzində iyirmi min insan icra hakimiyyəti orqanları  tərəfindən  Azərbaycanın pytaxtı Bakı şəhərindən qanunsuz olaraq çıxarılmışdır.  Şəxsi evlər Avroviziya Mahnı Yarışması ilə bağlı həyata  keçirilən “ abadlaşdırma” prosesi ilə əlaqədar sökülmüşdür.  Şəxsi mülkiyyətə qarşı təhlükə azaldılmalı, mülkiyət hüquqları daha yaxşı qorunmalıdır.

 

5. Məhkəmə: Müstəqil hüquqşünaslara və hüquq müdafiəçilərinə qarşı təzyiqlər dayandırılmalıdır. Sui-istifadə/ işgəncə faktları araşdırılmalı, və təqsirli şəxslər məsuliyyətə cəlb olunmalıdır. Ombudsman aparatının səlahiyyətləri lazımi qaydada icra edilməlidir.

 

6. Viza rejiminin sadələşdirilməsi: Avropa Şurasına daxil olan üzv ölkələrin Azərbaycana səfər edən vətəndaşları üçün viza sistemi sadələşdirilməli, və viza ilə bağlı maneələr aradan qaldırımalıdır.