Kampaniya işirakçıları PDF faylını al Çap E-poçt

Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA), Sülh və Demokratiya İnstitutu (SDİ), Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və İnsan Hüquqları Klubu (İHK) yerli və beynəlxalq insan hüquqları təşkilatlarını Azərbaycanda siyasi hüquqların müdafiəsi ilə bağlı qarşıda vacib məqsədlər qoyan  bu kampaniyaya qoşulmağa çağırır.

 

Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) 2011-ci il fevral ayının 3-də siyasi pluralizmin təbliği və siyasi hüquqların müdafiəsi ilə məşğul olan bir qrup jurnalist, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri tərəfindən əsası qoyulan qeyri-hökumət təşkilatıdır.


Sülh və Demokratiya İnstitutu (SDİ) 1995-ci ildən fəaliyyətə başlamışdır.  SDİ qeyri-hökumət, qeyri-siyasi və qeyri-kommersiya təşkilatıdır.


SDİ regionda sülhün qorunması üçün yolların araşdırılması, analiz edilməsi, təhlükəsizlik problemləri, müstəqil Azərbaycanın inkişafı və bu ölkədə insan hüquqlarının müdafiəsi ilə bağlı işlər görür.


SDİ-nun əsas vəzifələri bunlardır:  ictimai şüuru demokratikləşdirmək, Qanunun Aliliyinə əsaslanan bir dövlətin yaradılması məsələsi barədə əhalini məlumatlandırmaq. Digər vəzifələrə bazar iqtisadiyyatının inkişafı, islahatlara dəstək verilməsi, ədalətli seçkilərin təbliği, konfliktlərin həlli, ətraf mühitlə bağlı maarifləndirmə və araşdırma, qadınlara və gənclər hərəkatlarına dəstək verilməsi. Bunların həyata keçirilməsi üçün müxtəlif seminarlar, mühazirələr və konfranslar keçirilir.

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 2006-cı il may ayının 3-də, Beynəlxalq Mətbuat Azadlığı Günündə, iki Azərbaycanlı jurnalist (Emin Hüseynov və Sarvan Rizvanov - Turan İnformasiya Agentliyinin keçmiş müxbirləri)  tərəfindən əsası qoyulan  yerli QHT-dir. 2006-cı il sentyabrın 29-da yerli təşkilat rəsmi olaraq Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

 

İnsan Hüquqları Klubu (İHK) 2010-cu il 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günündə bir neçə hüquq müdafiəçisi tərəfindən yaradılmışdır. İHK-nun əsas məqsədi Azərbaycanda insan hüquqlarını və azadlıqlarını qorumaq, hüquq və azadlıqlara hörmətlə yanaşılmasını gücləndirmək və hüquqların müdafiəsini effektiv şəkildə təşkil etməkdir.


Hal-hazırda  İHK insan hüquqlarını pozulması ilə bağlı araşdırmalar aparır, vətəndaşların şikayətlərini ictimailəşdirir və araşdırır və onları dövlət orqanlarına təqdim edir, və vacib ictimai məsələlərlə bağlı bəyanatlar və məlumatlar yayır.